“Keçmişdən - gələcəyə” adlı tədbir keçirilmişdir

26 may 2025-ci il tarixində 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində “28 may – Müstəqillik günü”nə həsr olunmuş “Keçmişdən - gələcəyə” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının əməkdaşları Kürsüm Həsənova, Dilarə Əzizova, Respublikanın əməkdar artisti, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Gülşən Şıxlarova, digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə dərnək üzvlərinin ifasında nənə-babalara, ata-analara həsr olunmuş şeirlər dinlənildi, musiqilər ifa edildi.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Gülşən Şıxlarova və çıxış edən digər natiqlər qeyd etmişlər ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun arzularını gerçəkləşdirib.
Sonda xatirə şəkli çəkildi.