İlham Əliyev 44 günlük müharibənin ədalətli müharibə adlandırmışdır

İlham Əliyev 44 günlük müharibənin ədalətli müharibə adlandırmışdır

Qulam Səfərzadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı  RİHB-nın Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi    

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

İlham Əliyev öz çıxışında  Rusiya-Ukrayna müharibəsindən, Azərbaycanın 44 günlük müharibəsindən söz açmışdır. O, müharibənin xalqlara necə əziyyət gətirdiyini qeyd etmişdir. İlham Əliyev onu da qeyd etmişdir ki, həmişə sülhün tərəfdarı olmuşdur. O, iki dövlət arasında toqquşma və münaqişəyə son qoyulmasının tərəfində olduğunu vurğulamışdır. Müharibədən sonar sülh sazişinin bağlanması da buna bird aha sübutdur.

İlham Əliyev Dağlıq Qarabağ (Naqorno Karabax) sözünün qüvvədən düşdüyünü bildirmişdir. O, tərəfdaşlardan xahiş etmişdir ki, Azərbaycanın suverənliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. O, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını vurğulamışdır.

30 illik işğal dövründə erməni vandalları kəndlərimiz dağıtmış, evləri talan etmişlər.Bir milyon azərbaycanlını evindən didərgin  salmış, 67 məsciddən 65-ni dağıtmışlar.

İlham Əliyev çıxışında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamızın olduğunu qeyd etmişdir.Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Düzdür, keçmiş Minsk qrupundan müəyyən şeylər qalıb. Bu qrup artıq kənara çəkilib, mövcud deyil. Ola bilər ki, yalnız kağız üzərində mövcud olsun. Ona görə də Minsk qrupunun 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən keçmiş həmsədrləri vəziyyətə hələ ki, nisbətən təsir edə bilirlər. Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. 

İlham Əliyev 44 günlük müharibənin ədalətli müharibə adlandırmışdır. 44 günlük müharibə azadlıq müharibəsi idi. Biz heçkəsin torpaqlarını işğal etmək üçün döyüş müydanına atılmamışdıq.  Dinc Əhali “İsgəndər” raketlərindən atəşə tutulsalar da, heç kəs öz yerini tərk etmirdi. Lakin, Ermənistan tərəfdən 11 min fərari olduğunu qeyd etmişdir.

İlham Əliyev iclasdan sonra televiziya kanallarına müsahibə vermişdir. Müsahibəsində görüşün yaxşı keçdiyini, bir çox məsələlərin müzakirə olunduğunu vurğulamışdır. Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazimi olan şərtlərdən bəhs etmişdir.  Laçın-Xankəndi yolundakı problemdə müzakirə olunmuşdur.