Gənclərimiz könüllülər hərəkatının aparıcı qüvvəsidir
Nərmin Səlimli
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayon 114 nömrəli tam orta məktəbin müəllimi
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində söyləmişdir: “Gənclər bizim sabahımızdır. “ 1997-ci il fevralın 2 – si Ulu Öndərin imzaladığı Fərmana əsasən 2 fevral Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Bəli bu gün Azərbaycan gəncliyi dövlətin artan diqqətini öz üzərində hiss edir. İldən-ilə təkmilləşdirilən gənclər siyasəti, gənc nəslin ictimai həyatındakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə imkan verir. Daha dəqiq desək, bu gün ölkə gəncləri dövlətin onlara göstərdiyi hərtərəfli diqqət və qayğıdan yararlanırlar.
İlham Əliyevin 6 aprel 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015 – ci illərdə” Dövlət proqramı 144 bəndən, 88 fəsildən ibarətdir. Proqram gənclərin azərbaycanlılıq, vətənpərvərlik ideyaları, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına cəmiyyət həyatında fəal şəxsiyyət kimi yetişməsinə xidmət edən gənclər siyasətinin daha da təkmilləşdirilməsi, habelə gənclərin məşğulluğunun təmini və sosial maddi vəziyyətinin yüksəldilməsi məqsədi daşıyır.
Gənclərimiz könüllülər hərəkatının aparıcı qüvvəsidir. Ölkəmizdə həyata keçirilən bir sıra irimiqyaslı tədbirlər Azərbaycan gənclərinin xüsusi fəallığı ilə müşayət olunur. Cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər həm də, Azərbaycan gəncliyinin mütəşəkliyini, bacarığını, əzmini, intelektual səviyəsini bariz şəkildə nümayiş etdirir.
Təxminən 20 min gənc könüllü olaraq müxtəlif təşkilatlarda işləyir. Bu cəmiyyətdə xeyirxahlığın yeni davranış qaydalarını təbliğ edir. Elə buna görəd ə 2020 – ci il ölkəmizdə “Könüllülər ili“ elan olunmuşdur.
Azərbaycan gəncləri vətənpərvərdir. 44 günlük Vətən müharibəsində düşmənlə mübarizə aparan Azərbaycanın gənc oğulları bizə qələbə sevincini yaşadıb adlarını tarixə yazdılar. Azərbaycan gəncləri hər bir sahədə öz fəallığını göstərir və hər zamanda göstərəcəkdir. Sonda isə gənc pedaqoq olaraq, özünü gənc hiss edən hər kəsi Gənclər gününü münasibətilə təbrik edirəm.