“Dəmir Əqidəli Gənc” adlı sənədli filmin Naxçıvan Müəllimlər İnstitutunda təqdimat mərasimi həyata keçirilmişdir

“Dəmir Əqidəli Gənc” adlı sənədli filmin  Naxçıvan Müəllimlər İnstitutunda təqdimat mərasimi həyata keçirilmişdir
6 may 2025-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda YAP Gənclər Birliyinin sədri, məzunu olmuş, Suraxanı rayon sakini, İkinci Qarabağ Müharibəsinin şəhidi İslamlı Ruhid Uğur oğlu haqqında Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının ideya müəllifi olduğu və sifarişi ilə çəkilmiş “Dəmir Əqidəli Gənc” adlı sənədli filmin Naxçıvan Müəllimlər İnstitutunda təqdimat mərasimi həyata keçirilmişdir.
Sənədli filmin təqdimat mərasimində YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifələrini icra edən Elşən Məmmədov, İkinci Qarabağ Müharibəsinin şəhidi İslamlı Ruhid Uğur oğlunun valideynləri Uğur və Təranə İslamovlar, digər rəsmi şəxslər, institutun müəllim-tələbə kollektivi və bir qrup şəhid ailə üzvləri iştirak etmişlər.
Öncə “Dəmir Əqidəli Gənc” adlı sənədli film nümayiş olunmuşdur. Daha sonra çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifələrini icra edən Elşən Məmmədov Şəhid Ruhid İslamlının qeyr-adi ünsiyyət qabiliyyətinə malik bir gənc olduğunu vurğulayaraq demişdir ki, Ruhid kimi vətənpərvər gənclərin qısa, lakin mənalı ömür yolunun filmləşdirilməsi gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində vacib rola malikdir.
YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxış edərək bildirdi ki, Ruhid İslamlı YAP-ın fəal gənci və Naxçıvan Müəllimlər İnstitutunda YAP Gənclər Birliyinin sədri kimi öhdəsinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, öz peşəsi olan psixologiya elmini də dərindən öyrənən, ictimai fəaliyyətə böyük bacarığı olan bir gənc idi.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da öz növbəsində filmin ərsəyə gəlmə prossesi haqqında məlumat verərək dedi ki, Ruhid İslamlının qısa lakin mənalı ömür yolu ilə tanış olanda qərara gəldik ki, onun haqqında daim hafizələrdə yaşayacaq bir sənədli film meydana gətirilsin. Bu həm də vətənpərvər gənclərin formalaşmasına öz töhfəsini verə bilən amildir.
Sonda Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının ideya müəllifi olduğu və sifarişi ilə çəkilmiş “Dəmir Əqidəli Gənc” adlı sənədli filmin video diski Naxçıvan Müəllimlər İnstitutunun elektron kitabxana fonduna təqdim edilmişdir.