“Dünya bu gün: Çağırışlar və ümidlər”mövzusunda X Qlobal Bakı Forumu öz işinə başlayıb
X Qlobal Bakı Forumununda çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, böyük ənənələrə sahib lakin müəyyən dövr üçün təəssüf ki, bir az da passiv Qoşulmama Hərəkatını əgər belə demək olarsa canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz Covid-19-a dair BMT-nin Baş Assambleyasının xüsusi sessiyanın təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat yaradılmasına nail olduq ki, sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi.
Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Sərq-Qərb qarşıdurmasının şahidi olduq. Qoşulmama hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşması və Qoşulmama hərəkatının təməl prinsiplərini Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər sülh ,əməkdaşlıq ,ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.
Diqqəti Qarabağ münaqişəsinə yönəldən Cənab Prezident İlham Əliyev vurğuladı ki, biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətlə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi kökünə çevrilmişdir. Biz bu məsələni dinc yolla həll etməyə çalışdıq . Bizdə alınmadı,ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırım törətmədik. Biz döyüş meydanında qisas aldıq. Artıq Ermənistan üçün qonşularla qonşu kimi rəftar etməyin vaxtı çatıb. Biz sülh istəyirik . Hesab edirəm ki, sülhə nail olmaq olar.
Panel müzakirələrindən biri də enerji və daşımalar dəhlizinə, enerji keçidinə həsr olunub. Bu sahədə ötən ilin iyulundan bəri xeyli yeniliklər baş verdi. Azərbaycan və Avropa komissiyası enerji sahəsində Anlasma Memorandumunu imzalayıblar. Bu il 24 milyard kubmetrdən artıq qaz ixrac edəcəyik və bunun ən az yarısı Avropaya nəql olunacaq.
Ölkəmizin yeni uğurları istər enerji, istər iqtisadiyyat, istərsə də digər sahələrdə sürətlə inkişaf edən daim yenilənən Azərbaycan Ümummili lider Heydər Əliyevin şah əsəri Ali Baş Komandan İlham Əliyevə bir əmanətdir. Var olsun müstəqil Azərbaycan!