Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu 114 №li tam orta məktəbin direktoru, Əməkdar müəllim
“Cənubi Qafqaz İnkişaf və Əməkdaşlıq” mövzusunda keçirilmiş konfrans “Beynəlxalq Şuşa Forumu” adı ilə tarixə düşdü
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin konfransda iştirak etmişdir. Konfransda 23 ölkədən 40 konfrans iştirakçısı ilə təmsil olunmuşdur. Bu konfrans “ Beynəlxalq Şuşa Forumu” adı ilə tarixə düşdü.
Əslində aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il 13 apreldə Prezident İlham Əliyevin iştirakı ilə ADA universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış” konfransında yaranmışdı. Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına çevrilməsi aparılan çirkin erməni kampaniyalarının da iflası demekdir. Təsadüfi deyilki, beynəlxalq konfransın nümayəndələrinin iştirakı ilə aprelin 28də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa-dirçəlişə gedən yol” adlı müzakirələr keçirilmişdir. Onlar Qarabağda bir sira mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzuli hava limanı və Yeni Zəfər yolu ilə tanış ola bildilər. Səfər zamanı qonaqlarımız həmçinin erməni işğalında sonra miras qalan bəzi barbar dağıntıları görə bilmişlər. Prezident İlham Əliyev bildirmişdi ki, bu kütləvi dağıntılar I Qarabağ müharibəsindən deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir.
Eyni zamanda Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdilər. Nəhayət biz Ermənistandan müsbət cavab aldıq, onların höküməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipini qəbul etdi. Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaaycanla birgə işçi qrupunun yaradılmasına razılıq verib.
Prezident İlham Əliyev çıxışında Qarabağda görüləcək böyük layihələr haqqında məlumat verərk dedi ki, hazırda Laçında beynəlxalq hava limanının tikintisi mərhələsindəyik, Zəngəzurda hava limanı bu il açılacaq. Laçındakı hava limanı 2024-cü ildə açılması gözlənilir. İlham Əliyev həmçinin bəyan etdi ki, o artıq Qarabağı “Yaşıl zona” elan edib. Bu o deməkdir ki,bu layihə mütləq həyata keçəcək. “Ağıllı şəhər” Ağdamda,”Ağıllı kənd” Zəngilanda olacaq. Həqiqətəndəazad olunmuş torpaqlarla bağlı çox böyük planlarımız var.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Qarabağda sınaqdan keçirdiyimiz yeni idarəetmə sistemi fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.
Biz regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Ötən ilin iyununda Prezident Ərdoğanla Şuşada imzalanmış “Şuşa Bəyənnaməsi” bizim Türkiyə ilə əməkdaşlığımız və qardaşlığımızın mahiyyətini əks etdirir. Biz bu əməkdaşlığın mahiyyətini sadəcə olaraq rəsmiləşdirdik, biz onsuzda istənilən şəkildə müttəfiq idik. Regionda sülhün və inkişafın təməlində İlham Əliyevin uğurlu siyasəti dayanır. Azərbaycan xalqı bir yumruq kimi Prezidentin siyasətini bütün aspektlərdə dəstəkləyir.