Bütün faktlar sənədlərlə, fotolarla əsaslı şəkildə sübuta yetirildi
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu, 114 nömrəli tam orta məktənin müəllimi
16 Avqust tarixində keçirilən iclas BMT kimi güclü bir qurumda ikili standartların olduğunu göstərir. Xalqımıza qarşı törədilən heç bir soyqırım və faciə BMT-nin Təhlükəsizlik Şurası üçün heç bir əhəmiyyət daşımadığı halda ermənilərin “ac, susuz, humanitar yardımsız” qalmaları çox böyük əhəmiyyət daşıdı və növbədənkənar iclas çağırıldı.
Biz bir dövlət olaraq ilk öncə öz dövlətimizin mənafeyini qorumağa uyğun siyasət yürüdərək fakt və sübutlarla seperatçı xunta rejiminə qarşı çıxışımızı əsaslandırmalı idik, təbii ki, bu belə də oldu. Azərbaycanın BMT-də daimi nümayəndəsi Yaşar Əliyevin çox əhatəli əsaslandırılmış çıxışından sonra iclasda müzakirələrin daha dərinə getməyəcəyi aydın oldu. Diplomatımız çox yüksək bacarıqla Ermənistanın humanitar məsələ olaraq təqdim etdiyi prosesin faktiki Azərbaycanın suveren və ərazi bütövlüyünə həmişəki kimi zərbə vurmaq məqsədi ilə aparılan təxribatçı, məsuliyyətsiz qara siyasi kampaniya olduğunu sübuta yetirdi.
Ermənilərin niyyətinin regionda sülhü pozmaq, təxribat törətmək və bununlada öz çirkin əməllərini həyata keçirməyə cəhd olduğunu və bu cəhdi isə Fransa kimi bir dövlətin yüksək şəkildə dəstəkləməsi olsa da, Rusiya bu dəfə Ermənistana məhz bu prizmada dəstək göstərməyərək lazimi siyasi cavabı verdi. 10 Noyabr Bəyənaməsində olan öhdəliklərin yerinə yetirilməsi vacib olduğunu Ermənistan üçtərəfli bəyənnamədən boyun qaçıra bilməyəcəyi gerçəyini qəbul etməlidir.
Həmiçinin Yaşar Əliyevin siyasi iradəsinə uyğun olaraq Türkiyəli həmkarı Sədat Önal da Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Türkiyə ilə yanaşı Brazilya və Almaniya kimi dövlətlərdə Azərbaycanın mövqeyinin dinlənilməsi çağrışlarına qoşulan dövlətlər idi. Humanitar təlabatlara siyasi don geyindirilməməli və bu kimi hallardan sui-stifadə olunmamalıdır. Eləcə də humanitar təlabatların təmin olunması üçün Xankəndi-Ağdam yolunun açıq olduğu bildirildi. Ermənistan humanitar təlabatını bu formada təxribat məqsədli iclasla yox, Azərbaycanın təklif etdiyi yolla həll etməlidir.
Eyni zamanda bu növbədənkənar iclasda Azərbaycanın ərazibütövlüyü məsələsi əsas məsələ idi. Laçın dəhlizindən ermənilər hər gün rahatlıqla istifadə edirlər və istədikləri vaxt İrəvana heç bir maneə olmadan gedib-gələ bilirlər. Bütün bu faktlar və hətta daha artığı sənədlər, fotolarla əsaslı şəkildə sübuta yetirildi. Bir daha Azərbaycan siyasi müstəvidə reallıqları göstərərək siyasi üstünlüyü qazandı. Əgər rəsmi İrəvan Qarabağda yaşayan etnik erməniləri düşünmüş olsaydı, Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə humanitar çatdırılmasına etiraz etməzdi.
Ermənistanın humanitar məsələlərlə bağlı təxribat xarakterli manipuliyasiyalarla Azərbaycana beynəlxalq təyziqlər göstərmək cəhdləri boşa çıxdı. İrəvan bu yolla sülhün imzalanmasını gecikdirməyə çalışırdı. Azərbaycanın suveren ərazisində hərbi döyüş texnikası radioelektron yerləşdirilməsi cəhdləri isə dövlətimizin ərazibütövlüyünə qarşı qəbul edilməz haldır.
Ermənistanı Fransanın II Qarabağ müharibəsində açıq aşkar dəstəklədiyi kimi bu iclasda da dəstəklədiyi siyasi teatrda idi. Lakin Fransanın belə, Ermənistana dəstək olmasının ona heç bir faydası olmadı. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi manevrlər bütün bu kimi təxribatların qarşısını uğurla almaqda davam edir.