Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə yüksələn Kərimov Əhməd Vaqif oğlunun doğum günüdür.

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə yüksələn Kərimov Əhməd Vaqif oğlunun doğum günüdür.

Əhməd Vaqif oğlu Kərimov 4 avqust 1989-cu ildə Göyçay rayonunda anadan olub. Əhməd Kərimov 2020-ci il oktyabr ayının 4-ü hərbi xidmətə yollanaraq  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşa döyüşlərində savaşıb. Əhməd Kərimov noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.  Noyabrın 12-də Suraxanı rayon Zığ qəsəbəsinin Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Əhməd Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə, “Füzulinin azad olunmasına görə” medalı, "Döyüşlərdə fərqlənməyə görə" medalı, “Şuşanın azad olunmasına görə” medaları ilə təltif olunub.

Əhməd Kərimovun timsalında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.