Bu gün Gürcüstanla Azərbaycan arasında əlaqələr təkcə strateji tərəfdaşlıq yox, müttəfiqlik səviyyəsindədir.
ŞƏLALƏ ƏSGƏROVA
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 196 nömrəli tam orta məktəbin müəllimi
Cənubi Qafqaz regionunda Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığın gücləndirilməsinə ölkə başçılarının qarşılıqlı səfərləri həmişə mühüm töhfələr vermişdir.Dövlətlərarası münasibətlərin hüquqi bazasını təkmilləşməsində intensiv xarakter alan səfərlərin mühüm əhəmiyyəti vardır.Prezident İlham Əliyevin 24 oktyabr 2022-ci ildə Gürcüstana olan işgüzar səfəri əlaqələrin gücləndirilməsində yeni addım olacaq. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.İmperiya əsarətindən çıxdıqdan sonra daxili və xarici vəziyyətlərinin oxşarlığı,geosiyasi maraqlar bu iki dövləti hərtərəfli partnyora çevirmişdir.1992-ci il noyabrın 18-də Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik münasibətlər qurulduqdan sonra həm regional,həm də qlobal məsələlərdə iki dövlətin mövqeyi eyni olmuşdur.
Gürcüstan Respublikasında,öz ata-baba yurdlarında çoxsaylı azərbaycanlının yaşaması bu ölkə ilə münasibətləri dövlətimiz üçün də həssas məsələyə çevirir.90-cı illərin əvvəllərində yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrilmişdi.Erməni,gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi.1993-cü ildə Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin hakimiyyətə gəlmələri Cənubi Qafqazda zidiyyətləri aradan qaldırdı.1995-ci ildə Azərbaycan və Gürcüstan dövlətləri arasında siyasi,iqtisadi,hərbi,kommunikasiya sahələrini əhatə edən müqavilə bağlandı.
İkitərəfli münasibətlər 1996-cı ildə Heydər Əliyevin Tiflisə rəsmi səfərindən sonra daha da inkişaf etdi.1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyinin,1996-cı ilin mart ayında Tiflisdə Azərbaycan səfirliyinin açılışı ikitərəfli münasibətlərin inkişafına əlavə stimul verdi.2010-cu ildə Batumi şəhərində Azərbaycanın,2013-cü ildə Gəncə şəhərində Gürcüstanın baş konsulluqlarının açılması yaxın münasibətlərdən xəbər verir.
Ulu Öndərin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam etmişdir.Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa,Bakı-Tiflis-Ceyhan,Bakı-Tiflis-Ərzurum,TRASEKA,Bakı-Tiflis-Qars və Trans Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji,nəqliyyat,kommunikasiya layihələri birləşdirir.
Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı “Trabzon razılaşması”nı göstərmək olar. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək geniş spektrı əhatə edir.
Prezident İlham Əliyev deyir:”Əminəm ki,bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək.Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub.Əsrlər boyu xalqlarımız dostluq,qardaşlıq,mehriban qonşuluq şəraitində yaşamışlar.Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.”
Bu gün Gürcüstanla Azərbaycan arasında əlaqələr təkcə strateji tərəfdaşlıq yox, müttəfiqlik səviyyəsindədir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən gələn gəlir Gürcüstan iqtisadiyyatının böyük hissəsini təşkil edir.44 günlük Vətən müharibəsi dövründə Gürcüstan öz vəfa borcunu yerinə yetirmiş və Azərbaycanın haqq işinə dəstək vermişdir. “Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik.Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik,eyni zamanda ikitərəfli formatda.Bir çox önəmli layihələr təkcə ölkəmiz üçün deyil,bölgə üçün,bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır”,-İlham Əliyev.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ərəfəsində ermənilər Azərbaycan tərəfinin təqdim etdiyi 5 şərti qəbul etsələr də,danışıqlar prosesini həmişəki kimi pozmağa çalışırlar.Məsələn,Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə “status”tələb edir,erməni milyonçu Vardanyanı separatçılar “dövlət naziri” təyin edir,qondarma qurumlarını danışıqlar prosesinə müstəqil subyekt kimi qoşmağa çalışırlar.Bütün bu fikirlər çox təhlükəlidir,ancaq İlham Əliyevin apardığı düzgün siyasət kimi qəti deyil.
Diqqətə çatdırmaq lazımdır ki,Ermənistanın Gücüstan Respublikasına qarşı da kifayət qədər qədim dövrdən gələn ərazi iddiaları var. “Biz hesab edirik ki,Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki,Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar.Hər halda bizim niyyətimiz bundan ibarətdir.Biz 5 əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik.Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır.”,-İlham Əliyev.
Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.Gürcüstana yatırılan birbaşa investisiyaların həcmini nəzərə alsaq,həm də səmərəli investisiya tərəfdaşlığını görərik. İndiyədək Gürcüstan Azərbaycan iqtisadiyyatına 93.8 mln $,Azərbaycan isə Gürcüstana 3.2 mlrd $-dan çox investisiya yatırıb.Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən birinci yerdədir.700-dən çox Azərbaycan sərmayəli şirkət,xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir.Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də Azərbaycan Dövlət Neft Şirkətidir.
SOCAR Energy Georgia MMC Gürcüstanın qazla təmin edilməsində mühüm rol oynayır.Şirkət Gürcüstandakı neft satışının 72%,dizel satışının isə 61 %-nə nəzarət edir,bundan başqa,Kulevi neft terminalı da şirkətin ixtiyarındadır.
Ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu,Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında əməkdaşlıq edir.Səmərəli əməkdaşlıq nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artır.
Prezident İlham Əliyevin bəyanatında öz əksini tapan prioritet məsələlər məhz iki ölkə arasında artan ticarət dövriyyəsi və yeni iqtisadi layihələr idi.Yeni layihələr Azərbaycanın iqtisadi siyasətində önəli yer tutur. “Biz yeni layihələr haqqında düşünürük.Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik.Bu il 22 mlrd kubmetr ixracımız olacaq,gələn il daha da artacaq.Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki,növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını artıracaq.”
Eyni zamanda Prezident İlham Əliyevin nitqində mühüm məqamlardan biri Bakı-Tiflis-Ceyhan neft kəməri xətti ilə ixracın artırılacağı və hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə ediləcəyi oldu. Qloballaşan dünyada alternativ enerji mənbələrindən istifadə aktual mövzudur.Azərbaycan da çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin.Gürcüstanla Azərbaycan bu sahədə də əməkdaşlıq edəcək. “Bizim ixrac istiqamətimiz Gürcüstandan keçir.Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar.Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır”,-İlham Əliyev.
Regionda dostluq,əməkdaşlıq münasibətlərini saxlamaq və bu cür ənənələrə sadiq qalmaqla yaradılan əlaqələr Avropa,o cümlədən dünya üçün əhəmiyyətlidir.Prezident vurğulayır ki,tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır.Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz.
“Bakı-Tiflis-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 mln tona çatdırılması,eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.Biz buna hazır olmalıyıq.Mən bildirməliyəm ki,biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətinin 15 mln tondan 25 mln tona çatdırmaq istəyirik.Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır.Çünki biz birgə layihələrimizi eyni vaxtda tamamlamalıyıq”,-İlham Əliyev.
Prezident İlham Əliyev dövlətlərimizin əldə etdiyi uğurların təməlində xalqlarımız və ölkə liderlərinin dostluğu və birgə əməkdaşlığının olmasını göstərir. Gürcüstan və Azərbaycanı eyni coğrafi məkanda olmaqla tarixi qonşuluq əlaqələri birləşdirir.Zaman-zaman bu iki dövlət arasına nifaq toxumu səpilməsi ilə də qarşılaşmışıq.
2015-ci ildə Gürcüstanın energetika nazirinin Azərbaycanın Gürcüstanın qaza olan ehtiyacını tam ödəyə bilməməsi fikri ilə regionda “qaz oyunu”nun oynanması,14 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilməsi xalqlar arasında münasibətləri pozmaq məqsədi güdürdü.
Azərbaycanın regionda şəriksiz üstünlüyü danılmaz faktdır.Güclü tərəf qaydaya uyğun olaraq diktə edir. Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib:”Hazırda bizim iki ölkə arasında əlaqələrimiz çox dinamikdir. Qareci (Keşikçidağ) məsələsinə gəldikdə isə bunun konkret yeri var,müvafiq komissiya çərçivəsində bu məsələ öz həllini tapacaq.”
Prezident İlham Əliyevin Tiflisə “rəsmi dövlət” deyil,”işgüzar”səfər etməsinə baxmayaraq onu hava limanında xarici işlər naziri İlya Darçiaşvili qarşılayıb.Səfər proqramı çərçivəsində məhz “Qarabağ xanlığının irsi” sərgisinin ziyarət olunması,Baş nazir İrakli Qabriaşvilinin Prezident Əliyevi müşayiət etməsi Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsi kimi şərh edilir.Rəsmi Tiflisin bu siyasi mesajı təqdirəlayiq haldır.Gürcüstanın Baş Nazirinin Prezident İlham Əliyevi vətənə qayıdarkən müşayiəti Cənab Əliyevin regiondakı nüfuzunu və səfərin Gürcüstan hakim dairələrində nə dərəcədə önəm kəsb etdiyini göstərir.
Bölgə inkişafdadır,Ermənistan seçim qarşısında.Çox güman ki,bu əməkdaşlığa Türkiyə Cumhuriyyəti də öz töhfəsini verəcək.Özünütəcrid siyasəti yeridərək iqtisadiyyatını çökdürən Ermənistan isə arxivlərdən öz tarixini tapa bilməsə də,tarixin arxivinə gedəcək.