Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
44 günlük Vətən müharibəsində qazanılmış Zəfər dünya güclərinin Azərbaycana baxış bucağında kifayət qədər dəyişikliyə səbəb oldu. Bu müharibə azərbaycan tərəfindən ədalətli müharibə idi və kimsə bu müharibədə bizi qınamağa cəsarət edə bilmədi. Birincisi, biz işğal altında olan ərazilərimizi azad edirdik. İkincisi isə ölkə başçısı, ali baş Komandan İlham Əliyevin xarici siyasətdə aktiv fəaliyyəti. Ardıcıl müsahibələri, dünya ictimaiyyətinə ünvanlanmış mesajları düşmənin də, onun havadarlarının da əl-qoluinu bağlamışdı.
Ən əsası o idi ki, xalq və hakimiyyət arasında çox güclü birlik vardı. Hamı bu prosesə öz əməyi, canı, vəsaiti ilə qoşumağa can atırdı. Bu da Milli Ordunun gücünü birə-beş artırırdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan ordu quruculuğu ötən illər ərzində Azərbaycan Ordusunu modern, çevik və güclü bir orduya çevirmişdi. Ordunun bu səviyyədə güclənməsində, peşəkar zabit kadrları ilə təminatında vaxtilə ulu öndər tərəfindən yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin kifayət qədər rolu vardı.
İkinci Qarabağ Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin oynadığı rol əsil rəşadət idi. Hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa əməliyyatı əslində müharibənin taleyini həll etdi və erməni hərbi birləşmələri şəhəri qoyub qaçmağa məcbur oldlar. Beləliklə də, ermənistan rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldular.
Müharibədə şanlı qələbə qazanan ordu bu gün daha qüvvətli, daha modern və çevik bir ordudur. Müharibədən sonra yaradılmış Komando Qüvvələri isə Azərbaycan ordusunu daha da gücləndirir. Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında demişdir: “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır.
Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.”
Ölkə başçısının qeyd etdiyi kimi uğurlu iqtisadi siyasətimiz həm büdcəni genişləndirməyə, həm də Milli Ordunun gücləndirilməsi üçün vəsait ayrımağa imkan verir. Bu ilin dövlət büdcəsi rekord səviyyədə qəbul edilmişdir və ilk növbədə Qarabağın və Zəngəzurun bərpasına kifayət qədər vəsait ayrılmışdır.
Həm də unutmaq olmaz ki, Ermənistan məğlub olsa da, revanşistl\ər öz iddialarından əl çəkmək, Qarabağda mövcud olan hərbi birləşmələrin tör-töküntülüərini çıxarmaq istəmir, yeni müharibənin başlanması üçün hər cür təxribatlara əl atmaqdadırlar. Dünyada gedən proseslərin də qeyri-sabitliyi müharibə riskini artırır. Belə bir vəziyyətdə ilk növbədə ordu quruculuğu işi davam etdirilməlidir. Məhz bu kontekstdən çıxış edərək qeyd etmək lazımdır ki, dövlət olaraq Azərbaycan və onun hakimiyyəti öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Prezident cənab İlham Əliyev bildirmişdir: “Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik. Bəziləri, o cümlədən Ermənistan və onun bəzi xarici himayədarları bizi qisasçılıqda ittiham edirlər. Tamamilə yalan bir tezisdir. Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir, Ali Baş Komandanın əmrlərini tam icra edir və icra edəcək. Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. “
Bəli, bu bir həqiqətdir ki, indi şərtləri Azərbaycan diqtə edir. Şərtimiz isə ilk növbədə Azərbaycanın ərazi bütövlyünün tanınması, işğal edilmiş ərazilərimizin tam boşaldılması və Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalan Ermənistan dövlət başçımızın qeyd etdiyi kimi, “hətta Azərbaycan ərazisinin parametrləri də qeyd olunub.”
Qeyd edilən şərtlərin reallaşması üçün güclü orduya malik olmaq lazımdır. İndi bizim ordumuz dünyanın ən güclü 50 ordusundan biridir. Cənab ilham Əliyevin həyata keçirdiyi ordu quruculuğu prosesi bu nailiyyəti bizə qazandırıb. Erməni havadarları bu gücün və siyasi iradənin qarşısında acizdir. Zaman bizim xeyrimizə işləyir.
Belə bir vəziyyətdə xalq və hakimiyyətin sarsılmaz birliyinin olması mütləqdir. Bu gün həyata keçirilən büdcə siyasəti, sosial siyasət bunu deməyə əsas verir ki, həmin birlik mövcuddur və sarsılmazıdr. Azad Şuşada dağlalanan üçrəngli bayrağımız, azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq prosesi, məcburi köçkünlərin doğma yurd-yuvalarına dönüşü bu günləri bizə yaşadan Milli Odumuza və onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə xalq məhəbbətini və inamını gündən-günə artırır.
Fəxrimiz olan Ordumuzun bütün şəxsi heyətini 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, bundan sonra da müqəddəs Vətənin keşiyində vüqarla dayanmalarını arzu edirik.
Yaşasın Azərbaycan Ordusu!