Berlində olan azərbaycanlılar “Yaşasın Ali Baş Komandan!”,”Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər.

Berlində olan azərbaycanlılar  “Yaşasın Ali Baş Komandan!”,”Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər.

Ceyran Novruzova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun dəvətilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün 25 aprel tarixində Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə yola düşüb.

Berlin hava limanında ölkə başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Səfər zamanı Berlində olan azərbaycanlılar İlham Əliyevin kortejini böyük təmtəraqla qarşılayıblar. Onlar “Yaşasın Ali Baş Komandan!”,”Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər. Əlbəttə belə böyük rəğbətin qarşısında ölkə başçısı İlham Əliyev de həmvətənlərimizi salamlayıb.

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts ilə görüş keçirib. Görüşdən sonra Mətbuat konfransında çıxış edən Prezident Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edərək bildirib ki,bu mötəbər tədbirin ev sahibliyi bizə böyük şərəfdir,çünki bu ev sahibliyinə ölkəmiz yekdilliklə seçildi.Azərbaycan bu mötəbər tədbirə tam hazırdır və onun yaşıl gündəliyi bütün dünyaya bəyan edilib.

Eyni zamanda ölkə başçısı qeyd etdi ki,əldə olunan gəlirlər yaşıl enerji alınması istiqamətində layihələrə sərf ediləcək.COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü olacaq, o cümlədən yaşıl enerjiyə keçid, iqlim dəyişikliyi ilə bağlı məsələlər müzakirə olunacaq.

Kofransda Almaniya Kansleri Olaf Şolts bildirdi ki ,COP 29-da iştirak edən ölkələr iqlim dəyişikliyinin qarşısının alınması üçün layihələr maliyyələşdirməyə istiqamətləndirilməlidi. O, Enerji təchizatı sabitliyinə görə Azərbaycan dövlətinə və möhtərəm Prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi.

Olaf Şolts həmçinin Azərbaycan - Ermənistan münasibətlərinə də toxundu və iki ölkə liderinin bu məsələ ilə bağlı müzakirəyə başlamalarını  yaxşı  bir hal kimi qiymətləndirdi.Tezliklə sülh müqaviləsinin imzalanacağına əminliyini qeyd etdi və bildirdi ki ,bu gün Azərbaycan beynəlxalq arenalarda öz haqq səsini dünyaya bəyan edə bilirsə, hərbi güc kimi bizimlə hesablaşırsa,bu əlbəttə  Prezident İlham Əliyevin fəal və uğurlu siyasətinin nəticəsidir.