Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
Əliqismət Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktoru
Təqdimat üçün Davos İqtisadi Forumu çox yaxşı və mühüm səhnədir. Davos İqtisadi Forumu tribuna rolunu oynayır. Dünyanın aparıcı insanları, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və iş adamları burada bir araya gəlir. Əslində hər il yanvar ayında keçirilən bu böyük toplantı iqtisadi forum adlansa da əsas mahiyyəti etibarilə müasir dünya ötürəninin, iqtisadi-texnoloji inkişaf siyasətinin muzakirəsi, proqnozlaşdırılması və bir çox gələcək proseslərin, siyasi-iqtisadi perspektivlərin razılaşdırılması baxımından çox əhəmiyyətli dialoq vasitəsidir.
İqtisadi Forumda Azərbaycan ölkə rəhbəri səviyyəsində təmsil olunur. Bu da ölkəmizin həmin platformaya verdiyi önəmin göstəricisidir. Davos İqtisadi Forumunun rəsmi saytına cənab Prezident İlham əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu “ sərlövhəli məqaləsinin yerləşdirilməsi Azərbaycanın dünya siyasətində önəmli rola malik olmasına işarədir.
Dövlət başçısı “Strateji baxış: Avrasiya“ adlı interaktiv iclasda iştirak etmiş və aparıcının ünvanlandığı suallar özünəməxsus şəkildə cavablandırmışdır. Aparıcının “Azərbaycan olduqca gərgin, hətta təhlükəli regionda necə davranacaqdır?” sualına cavab olaraq bildirmişdir ki, hər ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır. Azərbaycan Qazaxıstan, Türkmənistan , Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı qonşuluq münasibətlərinə malikdir.
Daxili sabitlik, uğurlu xarici siyasət və biznes mühitinin təkmilləşdirilmısi iqtisadi qüdrəti artıran amillərdəndir. Yaradılan infrastruktur obyektləri daha çox yük qəbul etməyə imkan verir ki, bu da buğunkü reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycanın önəmini daha da artırır.
Rusiya ilə Ukrayna arasında baş verən münaqişə nəticəsində Avropa ölkələrinin qaz təchizatında yaranmış çətinliklərlə Avropa Komissiyasından Azərbaycana edilmiş müraciətə cavab olaraq müxtəlif istiqamətlər üzrə işlər həyata keçirilməyə başlamışdır. Məqsəd Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılmasına nail olmaqdır.
Prezident İlham Əliyev Davos Forumunda çıxışı zamanı dəmir yol şəbəkəsinin genişləndirilmə-si, yaşıl enerji ilə bağlı potensialın çox böyük olması barədə məlumat verərək Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha diqqətə çatdırdı.
Azərbaycan Prezidentinin təbirincə desək biz xalqımızın milli və dövlət maraqlarını qorumaqla mehriban qonşuluq siyasəti yürütməyə davam edəcəyik.