Azərbaycanın tam müstəqil oluğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik

Azərbaycanın tam müstəqil oluğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik
Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini

İyunun 4 -də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil and Gas” və 17-ci Xəzər Beynəlxalq  “Energetika və Yaşıl Enerji” -  “Caspian Power”  sərgilərinin rəsmi açılış mərasimində iştirak etmişdir.

Otuz il bundan əvvəl Azərbaycan  əlbəttə ki, başqa bir ölkə idi. Sənaye inqilabının baş verməsi ilə dünyada enerji ehtiyatlarına tələbat durmadan artdı. Azərbaycan Cənubi Qafqaz regionunda hər zaman önəmli  yerə sahib olmuşdur. Təbii sərvətləri, neft və qaz ehtiyatlarının olması isə Azərbaycanı həm də dünyada tanıtmışdır.

1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü  dəyişikliklərin başlanğıcı qoydu. Ölkəni ağır iqtisadi vəziyyətdən çıxaran Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixində yeni səhifə açmışdır. Xəzər Neft və Qaz Sərgisi keçirilmişdir və məşhur şirkətlər Azərbaycana gəlmişlər.

Birinci  Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra -1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmışdır. “Əsrin müqaviləsi” nin imzalanması ilə  “Yeni neft strategiyası” nın uğurla həyata keçirilməsinə başlanıldı.  “Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. 

Təsadüfi deyil ki, “Əsrin müqaviləsi” nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən Ulu Öndər Heydər Əliyev demişdir:  “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil oluğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik.”

Möhtərəm prezidentimiz cənab İlham Əliyev öz çıxışında bildirmişdi ki, hazırda iki layihə işlənilməkdədir, onlardan biri inşaat mərhələsindədir digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 gigavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir.

Azərbaycanın COP 29 - a ev sahibliyi etməsi heç də təsadüfi deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir.