Azərbaycan və Gürcüstan arasında münasibətlərin dərinliyi...
Sahibə Hüseynova
“Buta” körpələr evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin 1996-cı ilin mart ayında isə Tibilisdə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.
Bakı və Tbilisi qardaşlaşmış şəhərlərdir. Bu ənənəni digər şəhərlər də davam etdirir. Ağcabədi–Batumi, Gəncə-Kutaisi, Gəncə-Rustavi, Sumqayıt–Rustavi, Naxçıvan–Batumi də qardaşlaşmış şəhərlərdir.
Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının problemlərinin həllində həm rəsmi, həm də digər vasitələrlə zəruri işlər ölkəmiz tərəfindən həyata keçirilməkdədir .
Hörmətlə ;
Buta k/e u/b –nın müdiri ; Hüseynova Sahibə