Azərbaycan SPECA-nın Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq

Azərbaycan SPECA-nın Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq
Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini
Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının SPECO-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü başa çatıb. Orta Dəhlizin rəqəmsallaşması üçün yol xəritəsi və görüşün Bakı Bəyannaməsi qəbul olunub. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladıqlarını bildirib. Prezident həmçinin bildirib ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. SPECA Avropa və Çin arasındakı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub. Noyabr ayının 20-dən 24-dək keçirilən tədbir Azərbaycanın Proqramda sədrliyi çərçivəsində həyata keçirilib.
Prezident çıxışında bildirdi ki, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. Qarabağ müharibəsinə toxunan ölkənin prezidenti İlham Əliyev vurğulamışdı ki, otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistan baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Ölkəmizin prezidenti İlham Əliyev çıxışının davamında hazırda işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa quruculuq işlərinin həyata keçirilməsini bildirmişdir. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar.
2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi -Kurmanqaz adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyev və Kazım-Jomart Kemeleviç Tokayeva prezident İlham Əliyev təşəkkürünü bildirdi. Ölkəmizin prezidenti cənab İlham Əliyev çıxışının sonunda hökumət başçılarına Zirvə görüşündə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi və Zirvə görüşünün dövlətlərarası əlaqələrə yeni təkan verəcəyini bir daha vurğulamışdır. Sonra digər dövlət və hökumət başçıları beynəlxalq təşkilatlarının rəhbərləri çıxış etmişlər.