Azərbaycan Prezidenti toplantıda Şərq dəhlizinin açılmasını təşviq edib

Azərbaycan Prezidenti toplantıda Şərq dəhlizinin açılmasını təşviq edib
Elşad Həsənov 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şərhçi

Azərbaycan Prezidenti İlham Əliyev Astanada “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə toplantısında iştirak etmək üçün səfər edib. 

Qazaxstanda ölkə başçısı bir çox görüşlər keçirdi, o cümlədən Pakistanın baş naziri Şahbaz Şərif ilə görüşdü: “Ölkələrimiz arasında dostluğun və iqtisadi inkişafın davam etdirilməsi istiqamətində danışıqlar aparıldı. Bu Zirvə toplantısında çıxış edən ölkə başçısı İlham Əıiyev Azərbaycanın 44 günlük Qələbəsindən sonra sərhəddə təxribatların səngimədiyini vurğulayıb.

Həmçinin Azərbaycan Prezidenti bildirib ki, Ermənistan işğal dövründə həmin ərazilərə milyonlarla mina basdırıb və bu mimaların təmizlənməsinə heç kəs yardım göstərmir, həmçinin bildirib ki, bu minaların təmizlənməsinə 30 il müddət vaxt lazımdır. Eləcə də 25 milyard dollardan çox vəsait lazımdır. Eyni zamanda ölkə başçısı Zirvə toplantısında Azərbaycanın haqq işinə bəzi ölkələrin maneçilik törətməyə çalışdığını, sülh müqaviləsinin imzalanmasına mane olduğunu bəyan etmişdir. Azərbaycan Prezidenti bu toplantıda Şərq dəhlizinin açılmasını təşviq edib.

Bu gün isə Zirvə toplantısından sonra Astanada MDB ölkələrinin dövlət başçılarının görüşü keçirilib. Makronun Azərbaycan qarşı olan çıxışlarına Putin ciddi reaksiya vermiş və bu çıxışın yalnış və qəbuledilməz olduğunu vurğulayıb. Bundan əlavə Azərbaycan Prezidenti Qazaxstan Prezidenti ilə ikili görüş keçirib. Bu görüşdə də iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndiyi vurğulanıb.

Eyni zamanda Rusiya prezidenti ilə təkbətək görüş keçirilib və Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən iki ölkə arasında iqtisadi inkişaf məsələləri müzakirə olunub. Azərbaycan Prezindetinin Qırğızıstana, Qazaxstana səfərləri, Zirvə toplantısında iştirakı və dövlət başçıları ilə ikili görüşləri ölkəmizin inkişafı üçün olduqca faydalıdır”.