Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, onlar Avropada birincidirlər
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi
Xalqımızın iradəsinə və etimadına arxalanan Prezident İlham Əliyev Ulu Öndərin təməl siyasi prinsiplərinə əsaslanaraq, respublikamızı regionun simasını dəyişən aparıcı dövlətinə çevirib. 2003-cü ildən etibarən yüksək işqabiliyyətli komandaya malik dövlət başçımız qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə yeni dövrün ən səciyyəvi cəhəti kimi ilk növbədə milli iqtisadiyyatda struktur islahatlarına başlayıb,
İlham Əliyev ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artması, regionların inkişafı, yeni istehsal müəssisələrinin açılması ilə işsizlik probleminin aradan qaldırılması, həmçinin idmanın inkişafı istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atıb.
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev aprelin 30-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi, eləcə də qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etmişdir və onları təbrik etmişdir. Ölkıə başçısı bildirmişdir ki, “Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə də fəxr edir”. Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, onlar Avropada birincidirlər. Bu çempionatda birinci olmaq, əlbəttə də böyük uğurdur.
Azərbaycan idmançıları həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında həmişə öz peşıəkarlığı ilə dünya miqyasında layiq yer tutublar, bayrağımızı ucaldaraq, himnimizi səsləndiriblər, hal-hazırda da ölkəmizi layiqincə təmsil edirlər. Bütün bunlar dövlət başçısı tərəfindən idmana verilən böyük önəmdir. İndi hər bir bölgədə yeni Olimpiya İdman kompleksləri, müasir standartlara cavab verən idman zalları vardır. Azərbaycan idmanının ümumi inkişafına nəzər yetirdikdə, hər şey göz qabağındadır. İdmançılarımızda qələbə əzmi çox güclüdür, bu da bir daha ölkəmizin ümumi inkişafını bir daha bariz əks etdirir.