Fərəh Məcidzadə
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi
Dünyanın dinamik olaraq müasirləşməsi, yeniləşməsi bəşəriyyəti inkişafa aparan yolun əsas xəttidir. Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlar ölkələri yeni strategiyalar, hədəflər, innovativ həlli yolları tapmağa vadar edir. Daim və surətlə dəyişən dünyanın meydana çıxardığı urbanizasiyanın yaratdığı problemlər standartlardan kənar, ənənəvi iqtisadi və sosial inkişaf modelinə yeniliklər əlavə etməyə çağırır. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması isə bugünkü çağırışlara düzgün cavabların tapılmasından bilavasitə asılıdır. Müasir cəmiyyəti düşündürən problemlərin həllinə əhəmiyyətli töhfə ola biləcək müxtəlif milli təcrübələrin mübadiləsi məqsədilə Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilmişdir.
Bu gün Azərbaycan Ermənistanın 30 illik işğalına baxmayaraq, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında sülh müqaviləsi imzalamaq, bölgəni sülh və əməkdaşlıq regionu kimi görmək istəyindədir. Təəssüflər olsun ki, Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Möhtərəm Prezident cənab İlham Əliyev forumun 11-ci sessiyasında geniştərkibli çıxışı zamanı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyinin tamam olması məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı, məhz azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş tədbirin keçirildiyini vurğulamasi ilə əslində dünya ictimaiyyətinə çox önəmli bir mesaj verdi. Bu fakt ona dəlalət edir ki, bu gün BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqlı mövqeyini dəstəkləyir.
Cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Bu prinsiplər çərçivəsində dayanıqlı şəhər inkişafı dövlətin prioritetləri sırasındadır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilmiş, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilmiş, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmişdir. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmişdir. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin yaxından şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Azərbaycan dövləti üçün, xüsusilə II Qarabağ Müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Bunun ən bariz nümunəsi Azərbaycanın azad edilmiş ərazilərində müasir şəhər planlaşdırılmasını həyata keçirərək “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq etməsidir.
Bu gün Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi kimi həmrəylik göstəricisi və beynəlxalq dəstək Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Bu eyni zamanda Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığının bariz nümunəsidir.