Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazandı

Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazandı

Ülkər Quliyeva

30 nömrəli Ambulatoriyanın həkimi,
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini

Qoşulmama Hərəkatına Azərbaycan sədrlik etdikdən sonra təşkilat beynəlxalq aləmdə böyük nüfuz qazandı. Hərəkatın bir sıra məqsəd və prinsipləri var: Əsas insan hüquq və azadlıqlarına, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət etmək, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət etmək, böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək və hər hansı dövlət tərəfindən digər dövlətlərə təzyiq göstərilməsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən çəkinmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri danışıqlar, barışıq, arbitraj, məhkəmə həlli və tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Qoşulmama Hərəkatının xüsusi sessiyası 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib.

Bundan əlavə, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv Dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı verməyə çalışır.

Bütün bunlarla yanaşı, dünən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb. Belə ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.