Azərbaycan Avropanın etibarlı neft, təbii qaz və elektrik enerjisi təchizatçısıdır
Rəna Abutalıbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu 23 saylı bağça körpələr evinin müdiri
Enerji təhlükəsizliyi hazırda dünya dövlətlərini narahat edən aktual məsələlərdən biri olaraq qalmaqdadır. Əslində, alternativ enerji qaynaqlarının təşəkkülü ənənəvi enerji ehtiyatlarına tələbatı müəyyən dərəcədə azaldıb. Lakin sənayenin sürətli tərəqqisi, dünyanın əhalisinin, istehsalın, dünyanın iqtisadiyyatının toplam həcminin çoxalması ənənəvi enerjiyə ehtiyacı da adekvat olaraq çoxaltmaqda davam edir. Həmçinin, enerji alan dövlətlər təhlükəsizlik üçün bir nöqtədən asılı olmağın aradan qaldırılması məfhumuna keçid etmişlər. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin quruluş elementlərindən biri kimi həlledici yeri və rolu var.
Hazırda Aİ dünyanın ən iri enerji idxalçısıdır. Məlum statistik məlumatlara əsasən, Aİ-nin enerjidə olan xarici qaynaqlardan asılılığı 55%-dir. Aİ istehlak edilən neftin 84%-ni və təbii qazın 64%-ni idxal etməkdədir. Aİ həmin enerji qaynaqlarını Şimali Afrika, Yaxın Şərq, Xəzər hövzəsi, Rusiya və Şimal dənizi vasitəsilə təmin edir.
Aİ-də neft və təbii qaz tələbatlarını ödəmək məqsədilə əhəmiyyətli bir mənbə ölkəsi, Şimal dənizi üzərində olan Norveçdir. Aİ təbii qazın 28,2%-ni və neftin təqribən 15%-ni Norveç vasitəsilə idxal edir. Avropa qitəsinin bir parçası olan, lakin ittifaq üzvü olmayan Norveç vasitəsilə neft və təbii qaz idxalı ilə əlaqəli heç bir problem mövcud olmasa da, mütəxəssislər Şimal dənizinin enerji mənbələrinin 2030-cu illərdə azalması ilə əlaqəli israrlıdır, Aİ üzv ölkələrinin alternativ enerji qaynaqlarına olan marağı daha da artırmışdı.
Aİ enerji tələbatlarını ödəmək məqsədilə Xəzər hövzəsinə də yönəlmişdi. Azərbaycanın Aİ-nin enerji tələbatlarının ödənilməsində və Xəzərdə enerji təhlükəsizliyinin təmin olunmasında ən vacib strateji mövqeyə malik dövlətlərdən biri olmuşdur. Aİ-yə görə Xəzərdə neft və təbii qaz tələbatlarının istehsal və Avropaya nəqli məqsədilə geosiyasi mühümlüyə malik Azərbaycanın açar ölkə olduğunu demək ədalətli olardı.
Məlum olduğu kimi, Azərbaycan məhz ümummilli lider Heydər Əliyevin neft strategiyasının tətbiqi nəticəsində Cənubi Qafqaz və Xəzər regionunda mühüm geosiyasi əhəmiyyətə malik olan ölkə statusunu qazanmışdır. Neft və qaz yataqlarının zənginliyi sayəsində yaradılan potensiallardan əlavə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qurulması, Böyük İpək yolunun bərpası ölkəmizi bölgənin lider dövlətinə çevirmişdir. Azərbaycan bir daha dünyanın neft mərkəzlərindən biri olmuş, Asiya-Qafqaz-Avropa nəqliyyat marşrutlarının, həmçinin boru kəmərləri sistemlərinin “birləşdirici arteriyasına” dönmüşdür.
Hazırkı dövrdə Azərbaycanın neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə qaz ixracat siyasəti ilə əlaqədar strateji məqsədlər müəyyən etməyə başlamışdır. Azərbaycan hazırda bölgədə beynəlxalq satış mərkəzlərinə (Türkiyə, Rusiya, Gürcüstan) qaz ixrac edən tək ölkədir. Bu səbəbdən də Avropa Birliyi tərəfindən “Cənub” qaz dəhlizinin "təminedicisi və iştirakçısı" olaraq qəbul edilməkdədir. Bu strategiya istiqamətində Azərbaycan uzun bir müddətdə AB üçün strateji təbii qaz ixrac edən ölkə olmağı hədəfləyir.