Azərbaycan böyük qayıdış missiyasını uğurla sona çatdırmaqda israrlıdır
Şaiq Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon İcra Hakimiyyəti Aparatının Layihə Smeta Bürosunun rəisi
Laçın ərazisinə daxil olar-olmaz onun əsrarəngiz, unikal təbiət mənzərələri göz oxşayır. Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində yerləşir. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.
Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Laçın rayonu tarixən olduğu kimi bu gün də böyük iqtisadi potensialı və coğrafi yerləşməsi ilə strateji əhəmiyyətə malikdir. İstər Birinci istərsə də İkinci Qarabağ müharibəsində Laçın strateji əhəmiyyətə malik idi. Təsdüfi deyil ki, üçtərəfli bəyənatda da Laçın və onun ərazisindən keçən dəhliz üzərində xüsusi olaraq dayanılır.
Prezident İlham Əliyevin Laçın rayonuna səfərləri indiki geosiyasi şəraiti də nəzərə alsaq xüsusi önəm kəsb edir. Birincisi, Azərbaycanın bölgədə yaratdığı reallıqlar dəyişməzdir, revanşizmin prespektivi yoxdur. İkincis, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru sürətlə və ən yüksək standartlara uyğun bərpa etməklə böyük qayıdış missiyasını da uğurla sona çatdırmaqda israrlıdır.
2024-cü ildə istifadəsi nəzərdə tutulan Laçın beynəlxalq hava limanının giriş tunelinin tikintisi intensiv şəkildə davam etdirilir. 2400 metr uzunluğunda bu müasir tunel beynəlxalq hava limanının yaxınlığına qədər uzanacaq.
Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də Kəlbəcər-Laçın avtomobil yoludur. Bu yol başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir.
Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Bu səbəbdən yeni yol sözügedən rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın hava limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
“Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır.” deyən cənabPrezident İlham Əliyev həmçinin, bölgədə strateji və hərbi maraqları olan dövlətlərə mesaj vermişdir.
“İkinci Qarabağ müharibəsi olmaya da bilərdi, əgər Ermənistan bizim sözümüzə baxsaydı, öz xoşu ilə torpaqlarımızdan çıxsaydı bu olmayacaqdı” deyən ölkə başçımız 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatlarını xatırladaraq qeyd etdi ki, biz həmin döyüşlərdə qarşı tərəfə öz gücümüzü göstərmişdik lakin bu onlara dərs olmadı deyə İkinci Qarabağ müharibəsi oldu.
“İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir” deyən ölkə başçımız bir daha bütün hərbi və siyasi uğularını xalqının iradəsində, xalq-hakimiyyət birliyində görür.