27 sentyabr - Anım Günü ilə əlaqədar Hövsan qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında Şəhidlərin məzarları ziyarət olunmuşdur
 
                                                                                                    27 sentyabr - Anım Günü ilə əlaqədar Hövsan qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında Şəhidlərin məzarları ziyarət olunmuşdur. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, idarə, müəssisə və təşkilat rəhbərləri, qazilər, Şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanındakı əbədi istirahətgahları ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar.
 
 
 
 
 
 
 
                                                        
                                                    
 
                     
	                                             
	                                             
	                                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                            