“26 iyun – Silahlı Qüvvələr günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“26 iyun – Silahlı Qüvvələr günü”nə həsr olunmuş tədbir keçirilmişdir
25 iyun 2026-cı il tarixində Suraxanı rayonu 269 saylı körpələr evi – uşaq bağçasında (Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi Samir Cəfərov küçəsi 54 ünvanında yerləşən ƏPT) “26 iyun – Silahlı Qüvvələr günü”nə həsr olunmuş “Ordum mənim qürur mənbəyimdir” adlı tədbir keçirilmişdir. Tədbirdə yerli təşkilatın sədr müavini Salman Əbdülov, təşkilatın məsləhətçisi Nərgiz Çıraqova, 23, 265, 269, 276 və 280 saylı körpələr evi - uşaq bağçalarını təmsil edən YAP üzvləri iştirak etmişlər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu 269 saylı körpələr evi – uşaq bağçasının müdiri Kəmalə Quliyeva qonaqları salamladı və çıxış edərək Azərbaycanda güclü, yüksək döyüş hazırlığına malik ordunun yaranma tarixindən, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyətinin daha da yüksəlməsindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən danışdı. O, 2020-ci ildə Vətən müharibəsi zamanı ordumuzun əldə etdiyi böyük zəfərin Silahlı Qüvvələrimizin güc və qüdrətinin göstəricisi olduğunu və bu gün Azərbaycan Ordusunun regionun ən qüdrətli ordusuna çevrildiyini vurğuladı.
YAP Suraxanı rayon təşkilatın sədr müavini Salman Əbdülov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər, Ümummilli Liderin Azərbaycan ordusunun formalaşması və gücləndirilməsi, peşəkar kadr hazırlığı istiqamətində misilsiz xidmətləri, prezident İlham Əliyevin davam etdirdiyi missiya və ordu quruculuğu siyasətinin tarixi Qarabağ zəfərində oynadığı rol kimi mövzulara toxundu.
Tədbir “26 iyun – Silahlı Qüvvələr günü” münasibətilə körpələr evi - uşaq bağçasının balaca sakinlərinin vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii proqramla başa çatıb.