“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib
YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyinin birgə təqdimatında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Suraxanı rayon sakinləri olan şəhid övladları üçün “Sea Breeze”- də bayram tədbiri təşkil olunub. Tədbirdə iştirak edən uşaqlar arasında əvvəlcə padel turniri təşkil olunmuş, daha sonra uşaqlar üçün Polo Cafedə bayram süfrəsi açılmışdır.
Şəhid övladları üçün təşkil olunan nahardan sonra əyləncəli tədbirdə Azərbaycan Respublikasının xalq artisti Röya Ayxan konsert proqramı ilə çıxış etmişdir. Sonda uşaqlara “The Entertainer” oyuncaq mağazasının hədiyyələri təqdim edilib və tədbir bayram əhval-ruhiyyəsində yekunlaşıb.
Bu cür təşəbbüslər Şəhid övladlarına ümumiyyətlə uşaqlara dövlətimizin və bütün cəmiyyətimizin diqqət, qayğısının bariz nümunəsidir.