Ən diqqətçəkən məqamlardan biri Laçının MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı kimi seçilməsinə dair təşəkkürü idi

Ən diqqətçəkən məqamlardan biri Laçının MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı kimi seçilməsinə dair təşəkkürü idi

Samirə Cəfərova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 290 nöməli tam orta məktəbin müəllimi 

2025- ci il oktyabrın 10- da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları şurasının məhdud tərkibi iclası oldu. Bu iclas regional əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi yadda qaldı.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin iclasda səsləndirdiyi fikirlər təkcə MDB məkanında deyil, həm də geniş Avrasiya məkanında baş verən geosiyasi proseslərin dərin təhlilinə əsaslanırdı. Dövlət başçımızın çıxışı regional təlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat – komnunikasiya əlaqələrinin genişləndirilməsi və sülh gündəliyinin reallaşdırılması kimi vacib məsələlərə strateji yanaşmanın nümunəsi oldu.

2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Prezident İlham Əliyevin çıxışı təkcə regional əməkdaşlıq istiqamətlərini deyil, həm də Azərbaycanın çoxtərəfli diplomatiyasının strateji dərinliyini nümayiş etdirdi. Dövlət başçımızın Tacikistan xalqına və Prezidentinə ünvanladığı təbrik sözləri ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin səmimiliyini bir daha təsdiqlədi. Dövlət başçımız Düşənbənin son illərdə sürətlə inkişaf etməsini, şəhərsalma və infrastruktur sahəsində əldə olunan nailiyyətləri xüsusi vurğulayaraq Tacikistanın iqtisadi-sosial dirçəlişini yüksək qiymətləndirdi.

Bu yanaşma Azərbaycan Respublikasının Prezidentinin regiondakı tərəfdaş ölkələrin müstəqil inkişafını dəstəkləyən,qarşılıqlı hörmətə və bərabərliyə əsaslanan siyasətinin göstəricisidir. Azərbaycan və Tacikistan münasibətləri yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, eyni tarixi mədəni və mənəvi dəyərlər dövlətlərimizi birləşdirir. Bu baxımdan, Cənab Prezidentin çıxışı MDB məkanında dostluq və əməktaşlıq ruhunun qorunub saxlanması və gücləndirilməsi istiqamətində mühüm siyasi mesaj idi.

Dövlətimizin başçısının çıxışının ən diqqətçəkən məqamlarından biri Laçın şəhərinin MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı kimi seçilməsinə dair təşəkkürü idi. Möhtərəm Prezidentin sözlərindən aydın olur ki, bu qərar təkcə mədəniyyət sahəsində deyil, həm də siyasi mənada mühim simvolik məna daşıyır. Ermənistanın 30 illik işğalından azad edilən Laçın bu gün bərpa və dirçəliş, sülh və quruculuğun rəmzinə çevirilib. Beləliklə, Laçının bu statusu Azərbaycanın müharibə dövründə əldə etdiyi bərpa və inkişaf nailiyyətlərinin beynəlxalq miqyasda tanınmasının bariz göstəricisidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhəri Gəncədə və ölkəmizin daha altı şəhərində keçirilmiş III MDB Oyunlarını da xüsusi qeyd etdi. Bu beynəlxalq idman tədbiri Azərbaycanın regional əməktaşlığa verdiyi töhvənin daha bir nümunəsidir.