Yeni Azərbaycan Partiyasının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Ziyarətçilər tərəfindən “Türk şəhidliyi” abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Yeni Azərbaycan Partiyasının nümayəndələri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən türk qardaşlarımızın əziz xatirəsini yad ediblər. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.