YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Manafov Osmanın şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Manafov Osmanın şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

27 oktyabr 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, Bülbülə qəsəbə sakinləri və şəhidin doğmaları şəhid əsgər Manafov Osmanın Natiq oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid Manafov Osmanın Suraxanı rayon Bülbülə qəsəbəsi yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Daha sonra Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev və digər rəsmi şəxslər ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, şəhid  əsgər  Manafov Osmanın Natiq oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.