YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Əmirxan Babayevin şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Əmirxan Babayevin şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

17 oktyabr 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmilər şəhid əsgər Babayev Əmirxan Mirilham oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhidin Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra rəsmilər il mərasimində iştirak edərək Vətən Müharibəsi şəhidi Əmirxan Babayevin ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər.

Qeyd edək ki, şəhid əsgər Babayev Əmirxan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.