YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mahir Məmmədovun oğlu Səlimin ad günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mahir Məmmədovun oğlu Səlimin ad günündə iştirak etmişlər

Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi, Suraxanı rayon sakini olmuş və cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Mahir Ağasəlim oğlunun oğlu Səlimin 3 yaşı tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov və rayon təşkilatının əməkdaşları ailəni ziyarət edərək, şəhidin övladını təbrik etmiş, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.


Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Möhtərəm İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda, öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. Vüqar Seyidov əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.


Sonda şəhid ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.