YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

18 fevral 2026-cı il tarixdə YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsi 41 (146 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın məsləhətçisi Kürsüm Həsənovanın iştirakı ilə iclas keçirilmişdir. İclası ƏPT-nin sədri Qasım Qasımov açıq elan edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında geniş məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra Qasım Qasımov bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. ƏPT-nin sədri onu da vurğulamışdır ki, indiki ƏPT-nin sədr müavini iş yerini dəyişdiyini əsas gətirərək öz xahişi ilə tutduğu vəzifəsindən istefa vermişdir.

Qasım Qasımov ƏPT-nin sədr müavini vəzifəsinə Cəfərova Həsrət Zahid qızının namizədliyini irəli sürmüşdür. ƏPT-nin üzvləri arasında sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Həsrt Cəfərova yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.

Yeni seçilmiş ƏPT-nin sədr müavini Həsrət Cəfərova çıxış edərək ona etimad göstərib seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək bildirmişdir ki, ümumillikdə Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsi 41 (146 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Eyni zamanda da yerli təşkilatın nümayəndəsi tərəfindən yeni seçilmiş sədr müavininə gələcək fəaliyyətində uğurlar arzu edilərək, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, üzvlərin uçotunun operativliyi və dəqiqliyinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti vurğulanmışdır. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.