Xəzərin paralel sahilləri: Azərbaycan-Türkmənistan
Səxavət Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 323 saylı körpələr evi - uşaq bağçasının tərbiyəçi-müəllimi
Dünyanın və bölgənin mövcud geosiyasi vəziyyətini nəzərə alsaq, Türkmənistan Prezidentinin ölkəmizə məhz indi səfər etməsi strateji xarakter daşıyır. Eyni etnik mənsubiyyəti, tarixi kökləri, mədəni irsi və ortaq xüsusiyyətləri olan xalqların və millətlərin bir biri ilə müharibə apardığı dövrdə, qardaş qanı axıdanlardan fərqli olaraq Azərbaycanla Türkmənistan qardaşlıq əlaqələrini və qan bağını daha da gücləndirir. Xəzərin paralel sahillərində yaşayan oğuz xalqlarının birliyi indiki vəziyyətdə türk dünyası üçün fövqaladə zəruridir
Türkmənistan Azərbaycanın da məxsus olduğu Türk dünyası və Türk ailəsində xüsusi rola, yerə və çəkiyə malikdir. Təsadüfi deyil ki, iki dövlət arasında 1992-ci ildə qurulan diplomatik əlaqələr, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Çoxqütblü dünyada formalaşan yeni nizam qaydalarına görə, hazırda beynəlxalq münasibətlər etibar və güvən prinsipinə əsaslanır.
Müasir geosiyasi arenada Azərbaycanın apardığı “sözümüz imzamızdır” siyasəti dövlətimizi dünya ölkələrinin və liderlərinin diqqət mərkəzində saxlayır. Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Türkmənistan, öz xarici siyasətində Azərbaycana xüsusi yer ayırır. Ölkələrimizin orta yol adlandırdığımız “İpək yolu” coğrafiyyasında yerləşməsi ilə, Xəzər hövzəsi regional məzmundan daha çox qlobal məna daşıyır.
Türkmənistan Prezidentinin Qarabağa səfəri, Azərbaycanın ərazi bütövlüyünə ehtiramla yanaşı, rəsmi Bakının bölgədə yaratdığı sülh şəraitini və yeni reallıqları dəstəklədiyinin nümunəsidir. Çoxtərəfli əməkdaşlıq, qarşılıqlı səfərlər və dövlətlərarası sıx əlaqələr Bakı və Aşqabaq arasında etimad mühitinin bünövrəsini təşkil edir. Bayraqlarımızdakı aypara, ulduz və yaşılı rəng həm dini həm də irsi birliyimizin baris nümunəsidir.