Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid İsmayılov Sərdar Sərvər oğlunun anım günü qeyd olunub.
Şəhidin xatirəsinə açılmış idman zalında baş tutan anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Rəşad Hacıyev, Fuad Cəbrayılov, Könül Axundova, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndirilib, ehsan süfrəsi açılıb.