Vətən müharibəsi şəhidi Süleymanov Tamerlanın doğum günü ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Süleymanov Tamerlanın doğum günü ehtiramla anılıb

Vətən müharibəsinin şəhidi Süleymanov Tamerlan Xankişi oğlunun doğum günündə YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov və digər rəsmi şəxslərin iştirakı ilə Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla anılıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Tamerlan Süleymanov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.