Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsində ucalan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Kazımlı Mürsəl Kamil oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhidin məzun olduğu 278 saylı tam orta məktəblərin kollektivi Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarını və Yeni Günəşli yaşayış sahəsində abidə-bulaq kompleksini ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.