Ulu öndər Heydər Əliyev Azərbaycanın memarı idi
Ülkər Quliyeva
30 nömrəli Ambulatoriyanın həkimi
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1990-cı illərdə Azərbaycan öz gərgin dövrünü yaşayırdı. Elə bu zaman, Heydər Əliyev hakimiyyətə gələrək ölkəmizi xilas etdi. Ulu öndər ölkədəki xaotik vəziyyətin qarşısını qəhrəmancasına aldı.
Ümumilli lider Azərbaycanda hakimiyyətə gəldikdən sonra xarici siyasət inkişaf etdi. Belə ki, o, bir sıra xarici təşkilatlarla diplomatik əlaqələr yaratdı. Bunun nəticəsində də ölkənin xarici siyasəti formalaşmağa başladı.
Heydər Əliyev müasir Azərbaycanın lideri və qurucusu olub. Onub ölkəmiz qarşısında misilsiz xidmətlərini saymaqla bitirmək olmaz. O, ölkəmizin milli maraqlarını beynəlxalq sferada da daim qoruyurdu.
Ulu öndər üçün xarici siyasət çox önəmli idi. Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirməyə başladı. Onun bu uğurlu fəaliyyəti hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi. Azərbaycan suverenliyini və təhlükəsizliyini təmin etmək üçün xarici siyasət vasitəsi ilə regional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Bu məqsəd geniş spektrli və şaxəli xarici siyasət yeritməyi qarşıya vəzifə kimi qoyurdu.
Bu gün Azərbaycanın xarici siyasət sahəsində ciddi uğurları göz qabağındadır. Keçən müddət ərzində xarici siyasət güclü dövlətin yaradılması işində üzərinə düşənləri yerinə yetirib.
Ulu öndər Azərbaycanın memarı idi. Biz çox şanslıyıq ki, Heydər Əliyev kimi liderimiz olub.