Suraxanı rayon Heydər Əliyev Mərkəzində 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş “Azərbaycanın suverenlik tarixi” adlı tədbir keçirilib

Suraxanı rayon Heydər Əliyev Mərkəzində 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş “Azərbaycanın suverenlik tarixi” adlı tədbir keçirilib
Suraxanı rayon Heydər Əliyev Mərkəzində 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş “Azərbaycanın suverenlik tarixi” adlı tədbir keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib və mövzu ilə bağlı video-çarx nümayiş olunub.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, RİH-nin əməkdaşı Nigar Həsənova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi, polis polkovnik Əfqan Ağayev, 154 nömrəli tam orta məktəbin tarix müəllimi Dilarə Seyidova çıxış edərək qeyd ediblər ki, Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri və milli suverenliyimizin bərpasının tarixi əhəmiyyəti, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərin və 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasının milli tariximizdəki mühüm yeri olduğunu vurğulayıblar. Çıxışlarda azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin və Böyük Qayıdış prosesinin dövlət suverenliyimizin yeni mərhələsini əks etdirdiyi bildirilib.
Tədbirin bədii hissəsində G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Rəşidə İskəndərova tərəfindən fortepianoda musiqi nömrələri ifa olunub.

Paylaş