Milli Ordumuz 1918-ci il iyun ayının 26-da yaranmışdır
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
“Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir” bu sözləri Cənab Prezident Ordumuz haqqında demişdir.
Məlumdur ki, bir xalqın güclü olması, həm də onun yenilməz ordusu ilə müəyyən olunur. Azərbaycan bir əsrdən əvvəl müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas vəzifələrindən biri də Milli Ordunun yaranması idi. Milli Ordumuz 1918-ci il iyun ayının 26-da yaranmışdır.
Bu gün Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən tarixdə Azərbaycanın “Silahlı Qüvvələr Günü” kimi rəsmiləşdirildi. Daha sonra ordunun gücləndirilməsi yolunda bəzi islahatlar aparılmışdır. Maddi-texniki baza möhkəmləndirildi və müasir struktura uyğunlaşdırıldı. Hazırda bu siyasət, orduya ali diqqət Prezident cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Yeni islahatlar ordunun döyüş qabiliyyətini birə min artırmışdır.
Hazırda Azərbaycan Ordusunun gücü, qüdrəti və tərəqqisi bütün dünyada danışılır. Güclü siyasət sayəsində Azərbaycanın yenilməz Ordusu işğalda olan tarpaqlarımızı geri qaytararaq, geosiyası arenada bütöv Azərbaycan adına layiq olmuşdur. Taktiklarımız diqqət önündədir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Hazırda biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik.