Yaşasın Serbiya-Azərbaycan dostluğu

Yaşasın Serbiya-Azərbaycan dostluğu

Hökümə Rəcəbova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin təşkilatçısı

15 fevral 2026-cı il tarixində Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan və Serbiya arasındakı diplomatik dialoqu, ölkələr arası münasibəti daha da inkişaf etdirdi.  Bu münasibətlər məcmusu sadəcə iki ölkənin deyil, həm də Cənubi Qafqaz və Balkan regionlarının sabitliyi üçün mühüm amildir.

Səfərin ən əlamətdar hadisələrindən biri Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi oldu. Bu şura münasibətlərin təkcə siyasi bəyanatlarla deyil, həm də konkret layihələrlə möhkəmləndirilməsi üçün institusional mexanizmdir. Şuranın müzakirə etdiyi məsələlər siyasi, iqtisadi, energetika və nəqliyyat sahələrini əhatə edərək, gələcək üçün "açıq-aydın planlar"ın olduğunu göstərir. Azərbaycan və Serbiya arasındakı diplomatik dialoq sadəcə iki ölkənin deyil, həm də Cənubi Qafqaz və Balkan regionlarının sabitliyi üçün mühüm amildir.

Bütün sahələr üzrə, başda mədəniyyət və təhsil sahəsindəki təmaslar olmaqla diplomatik dialoqun davamlılığı təmin edilir. Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşların başlanması iqtisadi əlaqələri intensivləşdirməklə yanaşı, turizm və xalqlararası ünsiyyəti də asanlaşdırır.

Bu günə qədər iki ölkə arasında imzalanmış 57 sənəd əməkdaşlığın hüquqi bazasını təşkil edir. Bu sənədlər sadəcə kağız üzərində qalmır, ticarət dövriyyəsinin artmasında və investisiya layihələrinin reallaşmasında öz əksini tapır. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 134.7 milyon dollara çatıb ki, bu da əvvəlki illərlə müqayisədə kəskin artım deməkdir. Azərbaycanın Serbiyaya ixracı 120.6 milyon dollar təşkil edərək müsbət hal yaratmışdır.

"Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!" şüarı altında birləşən bu vəhdət, qarşıdakı illərdə daha böyük layihələrə imza atılacağından xəbər verir. Serbiyanın təbii sərvətləri olmasa da, öz gücünə arxalanaraq inkişaf etməsi və heç bir yerdən yardım almadan uğurlu islahatlar aparması Azərbaycan tərəfindən xüsusi təqdir olunur.

Əminəm ki, Prezident İlham Əliyevin rəsmi səfərinin nəticələri özünü çox gözlətməyəcək və tərəflərin bu il ərzində həm Bakıda, həm də Belqradda yenidən görüşməsi planlaşdırılır.