YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 19 ünvanında  yerləşən ərazi  partiya  təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və məsləhətçisi Ənvər Haqverdiyev iştirak etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.  Salman Əbdülov bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.

YAP-ın üzvü, şəhid atası Ədalət Mərdanov tərəfindən ƏPT-nin sədri vəzifəsinə Seymur Rəsulovun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Seymur Rəsulov sədr seçilmişdir. Yeni seçilmiş ƏPT-nin sədri Seymur Rəsulov YAP-da səmərəli fəaliyyətini nəzərə alaraq Bəhmən Məmmədovun ƏPT-nin sədr müavinliyinə namizədliyini irəli sürmüş və səsvermə nəticəsində Bəhmən Məmmədov ƏPT-nin sədr müavini seçilmişdir.

Yeni seçilmiş ƏPT-nin sədri Seymur Rəsulov və sədr müavini Bəhmən Məmmədov göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlıqlarını bildirərək, demişr ki, ƏPT-də bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi yüksək səviyyədə aparılacaqdır.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının xidmət prinsiblərinin bütövlükdə, müstəqil Azərbaycanın bələdiyyələrinin formalaşmasında əsas ideoloji xətt olduğunu vurğulamışdır. Ənvər Haqverdiyev bildirmişdir ki, ümumillikdə Hövsan qəsəbəsi, Hövsan yolu 19 küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. 

Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.