YAP Suraxanı rayon təşkilatının nümayəndələri yenidən Vətən Müharibəsi qazilərini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri yenidən  Vətən Müharibəsi qazilərini  ziyarət etmişlər

06 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsi qazisi Cəfərli Şiraz Oruc oğlunun və Qaçayev Ülvi Mirzaağa oğlunun xahişi ilə yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzini ziyarət etmiş, qazilərimizlə görüşmüşlər. Ziyarət əsnasında Vətən Müharibəsi qazilərinin sosial durumu, onların müalicələrinin gedişi ilə yaxından tanış olan Vüqar Seyidov hər iki qazimizin şəxsi xahişlərini dinləmiş,  və onların problemini öz şəxsi nəzarətinə götürərək aidiyyatı orqanlara məsələnin həlli ilə bağlı müraciət edəcəyini bildirmişdir.