YAP Suraxanı rayon təşkilatının nümayəndələri helikopterdə şəhid olan hərbiçilərin vida mərasimində iştirak ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri helikopterdə  şəhid olan hərbiçilərin vida mərasimində iştirak ediblər

01 dekabr 2021-ci il tarixdə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə Şəhid hərbiçilərimizlə vida mərasimi keçirilmişdir. Vida mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri iştirak etmişlər.

Qəza nəticəsində şəhid olmuş hərbçilərimizdən ikisi Vətən müharibəsinin iştirakçısı, şanlı Zəfərin qazanılmasında böyük xidmətləri olmuş Suraxanı rayon sakinləri kapitan Əliyev Xəyyam Əlixan oğlu və mayor Məmmədov Murad Yaşar oğludur. Kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircan qəsəbəsi, Şəhidlər Xiyabanında, mayor Məmmədov Murad Yaşar oğlu II Şəhidlər xiyabanında torpağa tapşırılıb.