Xocalı: Azərbaycanın misilsiz qələbə düsturu

Xocalı: Azərbaycanın misilsiz qələbə düsturu

Yunis Əsgərli

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

 Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi

2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin, xalqımızın həmrəylik və biriliyinin bariz nümunəsidir.  Müstəqil Azərbaycan dövləti artıq milli qürurumuzu istənilən gücün və düşmən dairələrin məkrli qəsdlərindən qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu tarixi nəticəyə görə xalqımızın möhtəşəm birliyinə, qəhrəman ordumuza, bu birliyi və gücü “dəmir yumruğ”a çevirməyə müvəffəq olan Prezident, ALi Baş Komandan İlham Əliyevin lider keyfiyyətlərinə borcluyuq. Xalq-Ordu-Lider birliyi Azərbaycanın misilsiz qələbə düsturudur.

Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla  sülh prosesinin başlanması istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, bu prosesin 2025-ci ilin avqust ayında Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”lə nəticəılənməsi də təqdirəlayiqdir. Hazırda iki ölkə arasında formalaşmış faktiki sülh mühiti Azərbaycanın Ermənistana yükdaşımasına tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracını təmin etməsi, həmçinin parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı dialoq və təmasların daha da genişləndirilməsi ilə daha möhkəmləndirilir.

Xocalı soyqırımı barədə  informasiyanın daha da artırılması, həmçinin bu hadisənin beynəlxalq aləmdə tanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb olunması istiqamətində səylərin  davam etdirildiyi, bu faciənin anılmasının təkcə qurbanlarının əziz xatirəsini yad etməklə deyil, həmçinin gələcəkdə bəşəriyyətə qarşı bu cür vandal cinayətlərin qarşısının alınmasına çağırış olduğunu bildirir.

Azərbaycan bu gün bütün imkanlarını səfərbər edərək erməni işğalından azad olunan torpaqlarda geniş quruculuq işləri aparır. Bu qədim torpaqlarda dövlət başçısının fərman və sərəncamları çərçivəsində   tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən layihələrdə tarixi və dini abidələrin, yerli memarlıq üslubunu özündə təcəssüm etdirən  binaların, digər tikililərin əvvəlki görkəmi özünə qaytarılmaqla bərpa edilir.

Xocalı rayonu da daxil olmaqla azad edilmiş bütün ərazilərə həyat yenidən qayıdıb. Bu doğma, əbədi torpaqlarda təhlükəsizlik və sülh şətaitində yaşayan həmvətənlərimiz Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini daim yaşadacaqlar.