Bəhmən Məmmədov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq həm xarici, həm daxili birliyin gücü ilə Dəmir Yumruq ermənilərin başını əzdi. 27 sentyabr 2020-ci ildə ermənilər yenə də həmişəki kimi cəbhə boyu hücuma keçdilər. Dəfələrlə Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya bəyan etmişdir ki, biz bu müharibəni sülh yolu ilə tənzimləmək istəyirik. BMT-nin bu barədə 4 qətnaməsi var ki, erməni silahlı birləşmələrinin qeyri-şərtsiz Azərbaycan torpaqlarının tərk etməsi, bundan sonra Qarabağdan məcburi köçkünlərin öz dədə-baba yurduna qayıtması, Qarabağın statusuna baxılması nəzərdə tutulur. Amma 30 il müddətində buna heç kim əməl etmədi. Nəticədə azğınlaşmış ermənilər yenidən Azərbaycan torpaqlarına hücum etdilər.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatı başladı. Bu əməliyyat 44 gün davam etdi. Azərbaycan Qarabağı düşməndən azad etdi. Vətən müharibəsində yaşadığı yerdən (Amerikadan Avstraliyaya qədər), tutduğu vəzifədən, cinsindən, yaşından asılı olmayaraq hər bir Azərbaycanı sevən köməklik etdi. Amma ən böyük yük müharibəni aparan əsgər və zabitlərin üzərinə düşürdü. Bu müharibədə biz qalib olduq. 8 noyabr 2020-ci ildə tarixi təslim aktı imzalandı. Bu müqavilə ermənilər tam məğlub olduqlarını imzaları ilə təsdiq etdilər. Ağır müharibələr itkisiz olmur. 3000-ə qədər Şəhidimiz oldu. 10000-lərlə gənclərimiz sağlamlığlarını itirib, Qazi oldular. Bunların hamısını biz qan yaddaşımızda saxlayırıq.
27 sentyabr Azərbaycanda Şəhidlərimizin anım günü kimi qeyd edilir. Anım günü ilə əlaqədar bütün İdarə, müəssisə və təşkilatlarda Şəhidlərin ziyarətinin təşkili edilib. Hər bir Azərbaycanlı bu gün Şəhidlərimizə və Qazilərimizə görə azad gəzir. Biz onlara borcluyuq. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev Füzuli rayonunda 27 sentyabr tarixində çıxış edərək demişdir ki,: “Azərbaycan xalqı bu gün şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Şəhd oldular. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qoymadıq, qisasını aldıq. Torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında Şəhidlərimizin Şərəfinə abidə ucaldılıb. Füzuli rayonunun kəndləri - Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir.
Vətən müharibəsində xalq ləyaqətini, ədaləti bərpa etsin deyə Azərbaycan əsgər və zabitləri öz canını fəda etdilər. Üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın deyə Azərbaycan əsgəri və zabiti dayanmadan, durmadan, yorulmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdilər. Zəfərə doğru gedərək bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.
44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmiş, düşmən məcbur olub kapitulyasiya aktını imzalamış, məğlubiyyətini qəbul etmiş və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.
Bu gün yaşayan nəslin üzərinə şərəfli missiya düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirk ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.
Hər bir Azərbaycan vətəndaşı müstəqilliyi qoruyub saxlamaq üçün canından qanından keçməyə həmişə hazır olmalıdır. Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Hər vaxt buna hazır olmalıyıq.