Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" medallarına layiq görülən şəhid Əliyev Yunis Zaur oğlunun anım günü qeyd olunub.
Anım günündə şəhidin Bülbülə qəsəbəsində məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Rəşad Hacıyev, Fuad Cəbrayılov, Könül Axundova, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.