Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin rolu

Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin rolu

Könül Abdulxalıqova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 118 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

 Azərbaycan və türkmən xalqları arasında  qardaşlıq, dostluq münasibətləri qədim tarixi ənənəyə söykənir. Müstəqilliyimizi bərpa etdikdən sonra bu iki türk dövləti arasındakı  münasibətlər yeni mərhələyə qədəm qoydu. İki ölkə xalqlarının eyni etnik mənşəyə, mədəniyyətə və dinə sahib olmaları, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları münasibətlərin inkişafı üçün zəmin yaradır. Son illərdə ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət xarakterizə etmək olar.

Hazırda iqtisadi, humanitar, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Türkmənistan dövləti ilə aramızdakı problemlər aradan qaldırıldı və strateji tərəfdaşlığımız bu gün də davam etməkdədir. Azərbaycan və Türkmənistan prezidentləri arasındakı video konfrans zəngi Xəzər dənizinin mərkəzində təxminən 30 illik mübahisə və gərginliyin ortadan qalxması ilə nəticələndi.

Nəhayət Azərbaycan və Türkmənistan Xəzər dənizində iki ölkə arasında təxminən bərabər məsafədə yerləşən mübahisəli karbohidrogen yataqlarını birgə işlətməyə razı oldular. 21 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti Türkmənistanın Aşqabad şəhərində, Xəzər dənizindəki Dostluq sahəsinin karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumun imzalanması olduqca mühüm bir siyasi və iqtisadi hadisədir. Bu, bölgədə gərginliyin azalmasına və iqtisadi əməkdaşlığın güclənməsinə gətirib çıxarmış və türkdilli dövlətlərin siyasi çəkisinin artmasına kömək etmişdir.Hazırda tərəflər yatağın istismarını tənzimləyəcək əsas hökumətlərarası saziş üzərində işləri davam etdirirlər.    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Türkmənistana rəsmi səfərlər etməsi Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərmişdir. 44 günlük müharibə zamanı Azərbaycanın hərbi gücünü ortaya qoyması və onun haqlı davasında Türkmənistan rəsmi olaraq dövlətimizin sərhədlərinin toxunulmazlığı prinsiplərini dəstəkləyib.

Bu günlərdə Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Bu görüşün nəticəsi olaraq iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla  çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz bəyanatında qeyd edir ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Türmənistanın Qarabağın bərpasında yaxından iştirak etməsinə görə öz təşəkkürünü bildirən İlham Əliyev Füzulidə tikilən məscidin Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi olduğunu qeyd etmiuşdir.

Prezident onu da qeyd etmişdir ki, Bakı və Aşqabad  şəhərlərinin yaxınlaşması bizim birliyimizin nümayişidir. Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə öz təşəkkürünü bilsdirmişdir. Bəyanatında İlham Əliyev iki dövlət arasında nəqliyyat -logistika sahəsində əməkdaşlığı yüksək qiymətləndirmişdir.

Sonra bəyanatla çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənistanla Azərbaycan Respublikası arasında Xəzər dənizində, Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlığı yüksək qiymət ləndirildiyini qeyd etmişdir. Mədəni və humanitar əlaqələrin inkişafına ayrıca diqqətin yetirildiyini bildirən ali qonaq qeyd etdi ki, görüşlər çərçivəsində mədəniyyət xadimlərimiz arasında əlaqələrin genişləndirilməsinə, həmçinin hər il Mədəniyyət Günlərinin keçirilməsinə hər iki ölkənin hazır olduğu təsdiqlənib.“Dostluq” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.

Sonda fikirlərimi Türkmənistan prezidentinin də qeyd etdiyi sözlərlə bitirmək istəyirəm Azərbaycan Respublikası tərəqqi və çiçəklənmə yolunda inamla irəliləyir. İnanıram ki, ulu öndər Heydər Əliyevin qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davam etditdiyi siyasət  hər  iki türk dövlətləri arasındakı əlaqələri inkişaf etdirəcək və möhkəmləndircəkdir.