Türk Dünyasının İslam aləminin birliyinə, həmrəyliyinə töhvələri davamlıdır
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir. Bu günümüzü dünənimizlə müqayisə etdikdə böyük qürur hissi və əminliklə qeyd etmək lazımdır ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çoxsaylı xarici səfərlərə böyük ehtiyac yaranırdısa, bu gün artıq vəziyyət tamamilə fərqlidir. Xarici siyasətimizin müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq münasibətləri yüksək səviyyədə keçirilməsi xüsusilə ölkələr arasında dostluğu və əməkdaşlığın davamlı sübutdur.
Bakıda Türk Dövlətləri Təşkilatına ( TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin Vll görüşünün “ İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi.. mötədil deyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq Konfransın keçirilməsi də Azərbaycanın əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyini bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən olan Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılıarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu məqamlara diqqət yönəltdi.
Prezident İlham Əliyev onuda qeyd etmişdir ki Azərbaycan xalqı dahi şəxsiyyətlərlə zəngin olan bir ölkədir. Çünki ölkəmiz həmişə şairlər və mütəfəkkirlər yetişdirmişdir. Onlardan biri də Seyid Yəhya Bakuvidir. Dahi şəxsiyyətlər yetişdirən Azərbaycan xalqı bütün dünyada tanınmış sayılıb seçilmişdir. XII əsirdə yaşayıb yaratmış dahilərimizdən olan Nizami Gəncəvi, Xəqani Şirvani, XIV əsirdə İmadəddin Nəsimi , XV əsirdə Yəhya Bakuvi, XVI əsirdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Onların hər biri bir dünyadır.
Dövlət başçısı onu da diqqətə çatdırdı ki dövlətimiz bir çox müsəlman ölkələri ilə sıx dostluq və birlik nümayiş etdirir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var çünki Azərbaycan həm Türk Dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Türk dövlətləri təşkilatına Üzv Ölkələrin Dini Liderlərindən başqa Gürcüstan, Suriya Dini Liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak etmişdir.
Prezident İlham Əliyev çıxışında bir daha bu çağırışları etdi ki artıq Azərbaycan Müstəqillik çərçivəsində yaşayan və öz hüquqlarını bərpa etmiş bir dövlətdir. Milli dəyərlərimizi ərazi bütövlüyümüzü yaşatmış və əsirlər boyu xalqımızın güclü iradəsi nəticəsində sülh və əminamanlıq əsas hədəflərindən biri olmuşdur. Prezident İlham Əliyev bu fikirləri Azərbaycanda qonaq olmuş dini liderlərin diqqətinə çatdırmışdır.
Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının zəmanəti, bizim iradəmiz, qətiyyətimiz hərbi gücümüz və xalqımızın bir yumruq kimi birləşməsi inamımız və milli dəyərlərimizdir.