Türk birliyi tarixən dədə-babalarımızın arzusu olub

Türk birliyi tarixən dədə-babalarımızın arzusu olub

Vüsal Babayev 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 316 saylı tam orta məktəbin müəllimi

 Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik.” Bu sözlər eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artdığını, eyni zamanda Türk Dövlətləri Təşkilatının daha da möhkəmləndirilməsini zəruri edir.    

Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə cənab Prezidentimiz İlham Əliyevin nitqində həm ikitərəfli Azərbaycan-Macarıstan, həm də çoxtərəfli əsasda Azərbaycan-TDT münasibətlərinə, təşkilatın bu gününə və gələcəyinə, dövlətimizin verdiyi töhfələrə dair prinsipial məsələlər vurğulanıb. Azərbaycan və Macarıstan arasında əməkdaşlığın inkişafında şəxsiyyət amili, ölkə rəhbərlərinin münasibəti, qarşılıqlı səfərləri mühüm rol oynayır. Dövlət başçımızın Macarıstana 6, Baş nazir Viktor Orbanın isə Azərbaycana 7 səfəri zamanı münasibətlərin hüquq-müqavilə əsasını möhkəmləndirən və inkişaf yollarını müəyyənləşdirən sənədlər imzalanıb. Hər iki ölkə etibarlı strateji tərəfdaşdır.

Nitqdə Macarıstanın müstəqil siyasət aparan ölkə olmasında və beynəlxalq nüfuzunun artmasında  Baş nazir Viktor Orbanını şəxsi rolunun qeyd edilməsi təkcə xarici siyasət deyil, eyni zamanda dost, qardaş ölkənin daxili məsələlərinin həlli baxımından da əhəmiyyətlidir. Dövlət başçımızın nitqində Azərbaycanın çoxtərəfli əsasda TDT ilə əməkdaşlığının vurğulanması da əhəmiyyətlidir. İndiyədək Azərbaycanın təşkilata üzv olan ölkələrə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması təkcə maraqların deyil, eyni zamanda qardaşlığın təzahürüdür. Rəsmi olaraq fəaliyyətə başlayacaq Türk İnvestisiya Fondu üzv dövlətlərin gücünü artıracaq, bir sıra məsələlərin birgə səylərlə operativ həllinə imkan verəcəkdir.

Ən vacib məsələlərdən biri olan türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirməkdən ötrü avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulması əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu göstərir. Görülən işlər nəticəsində açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib, beynəlxalq əhəmiyyəti artıb, mövqeləri möhkəmlənib. Orta Dəhlizin bir parçası olan  Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin artması, Azərbaycanın Xəzər dənizindəki 50-dən çox ticarət gəmisinin  türk dövlətlərinə tranzit xidməti göstərməsi, Ələt Beynəlxalq Ticarət Limanının yükdaşıma qabiliyyətinin artması, səkkiz beynəlxalq hava limanı, yaxınlarda istifadəyə veriləcək 9-cu hava limanı ölkələrimizin əməkdaşlığında vacib yer tutur.

TDT-nin qeyri-rəsmi Budapeşt Zirvə toplantısının keçirilməsi, orada ölkə başçımızın nitqi təşkilatın böyük perspektivlərinin olduğunu göstərir. Türk birliyi tarixən dədə-babalarımızın arzusu olub, müasir mürəkkəb bir dövrdə isə zamanın tələbidir.  TDT-nin fəaliyyəti hazırda müstəqil dövlətləri olmayan, amma olacaq digər türk qardaşlarımıza da ruh verir.

Allah birliyimizi qorusun!