Türk dünyası böyük ailədir

Türk dünyası böyük ailədir

Aida Hacıyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Rayonu, 273 saylı körpələr evi və uşaq bağçasının müdirəsi

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  iyunun  6-sında TÜRKPA-nın növbəti plenar  iclasının iştirakçılarını qəbul edib. Belə toplantılar Türk dünyasının birliyinin  təzahürüdür. Türk  dünyasının birləşməsi üçün ölkələrimiz böyük səylər göstərirlər. Türk  dünyasının  gücləndirilməsi, Türk  dövlətləri ilə əlaqələr bizim üçün prioritet məsələləridir. Biz Türk ailəsiyik, bizim  başqa  ailəmiz  yoxdur.

Prezidentlərin  təşəbbüsü  ilə  bir  aydan  sonra   Şuşada Türk  Dövlətləri  Təşkilatının   qeyri-rəsmi  Zirvə görüşü  keçiriləcək. Bu  görüşün  əsas  mövzuları  -   nəqliyyat  və   iqlimdir. Nəqliyyat  əlaqələrinin    qurulması  və  genişləndirilməsi   Türk  dünyasının   birləşməsi  deməkdir.İqlim  məsələləri  bu  gün  əsas  vəzifələrdən   biridir. Bu  il   Azərbaycan  COP 29 konfransına  ev  sahibliyi  edəcək.Bu  çox  böyük  məsuliyyətdir  və  çox  böyük  bir   şərəfdir.

Şuşada  keçiriləcək  Zirvə  görüşü  böyük  rəmzi  məna  daşıyır. Şuşa  4  ildir  ki, işğaldan  azad  edilib. İndi  orda  surətlə  quruculuq  - bərpa   işləri  aparılı.Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə  səfər  etmişlər. Biz  qardaş  dəstəyini   hiss edirik,bütün  Azərbaycan  xalqı   bunu  hiss  edir. Qardaş  Özbəkistan  və  Qazaxıstan tərəfində  bir məktəb  və bir  incəsəsnət  mərkəzi  fəaliyyətə  başlayıb. Bütün  bunlar  bir  daha  birliyimizi  göstərir.

Azad  edilmiş  torpaqlarda  həyat  bərpa  olunur. 4şəhər  və  4  kənd  bərbpa   edilib. 7  mindən  çox  köçkün  öz yurdlarına  qayıdıb.Qarabağ, Şərqi  Zəngəzur  dünyanın  ən  inkişaf  etmış   bölgələrindən  birinə  çevriləcəkdir. Türk  dünyası böyük  ailədir,   böyük   coğrafiyanı  əhatə  edir və  böyük  potensiala  malikdir.