Şəhid Muxtar Qasımlı doğum günündə ehtiramla yad edilib
Bu gün Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qasımlı Muxtar Əli oğlunun doğum günüdür. Doğum günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər, şəhid ailə üzvüləri və qazilərin iştirakı ilə Qala qəsəbəsinin qəbiristanlığında şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla anılmışdır. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.