Şəhid Leytenant Samir Əliyev doğum günündə ehtiramla yad edilib

9 avqust şəhid Leytenant Samir Əliyev doğum günüdür. Şəhidin doğum günü münasibətilə keçirilmiş tədbirdə, ehsan süfrəsində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdulov, digər rəsmi şəxslər, bir qrup Şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələrini iştirak edib. Səhidi böyük ehtiramla anıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.